EN

Samvel Karapetyan seçkilərdə Baş nazir vəzifəsinə namizəd olub

İş adamı Samvel Karapetyan bu il parlament seçkilərində "Güclü Ermənistan" partiyasından Baş nazir postuna namizəd olub...

APA xəbər verir ki, bu barədə “Newsarmenia” məlumat yayıb.

Məlumata görə, Samvel Karapetyanın adı partiyanın rəsmi təqdimatında elan edilib.

Eyni zamanda, Samvel Karapetyan "Güclü Ermənistan"ın qurultayında partiyanın sədri seçilib.

Qeyd edək ki, Samvel Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlar və maliyyə maxinasiyaları ittihamları ilə məhkəmə qərarı əsasında həbs edilib və hazırda ev dustağıdır.

Xatırladaq ki, Ermənistan parlamentinə növbəti seçkilər 7 iyun 2026-cı ildə keçiriləcək.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources