EN

Samvel Karapetyanın baş nazirliyə namizədliyi irəli sürüldü

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Taşir” Şirkətlər qrupunun sahibi Samvel Karapetyan bu gün təqdimatı keçirilən “Güclü Ermənistan” Partiyasının baş nazirliyə namizədi olacaq.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə təqdimat mərasimi zamanı bildirilib.

Bir gün əvvəl Samvel Karapetyan yekdilliklə “Güclü Ermənistan” Partiyasının lideri seçilib.Qeyd edək ki, Karapetyan 2025-ci ilin iyun ayında həbs edilib. İş adamına qarşı "vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması" ittihamı ilə cinayət işi açılıb.2025-ci ilin dekabr ayının sonlarında o, ev dustaqlığına buraxılıb.Samvel Karapetyan Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın əsas rəqibi sayılır.Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
modern.az

1Sources