EN

Həftənin MÜSƏLMANI - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Britaniyalı məşhur repçi Central Cee İslamı qəbul etdiyini açıqlayıb. Onun sosial şəbəkələrdə paylaşdığı açıqlama qısa müddətdə böyük maraq doğurub. Central Cee canlı yayım zamanı müsəlman olduğunu açıqlayıb. “Kəlmeyi-Şəhadət oxudum, yeni adım var, indi müsəlmanam”, - o bildirib. İzləyicilər repçiyə yeni ad da təklif ediblər. Şərhlərdə ən çox qeyd edilən ad “Yusif” olub.

 

Həftənin MƏŞQÇİSİ

Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək “Şamaxı” – “Qarabağ” oyunundan öncə stadionun qardan təmizlənməsi işləri davam edir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təmizləmə işlərinə qoşulub.  Onunla bağlı görüntüləri isə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşıb.

 

Həftənin TRANSFERİ

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubuna keçib. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəflə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.

 

Həftənin HÜCUMU

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tamblır Ric şəhərində yerləşən orta məktəbdə baş verən silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub, 25 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə daxil olan polis əməkdaşları binada çoxsaylı cəsəd aşkarlayıb. Hücumçu olduğu ehtimal edilən şəxs də ölü tapılıb.

 

Həftənin HƏDİYYƏSİ

Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən “Wine Paris 2026” sərgisində diqqətçəkən görüntülərlə gündəm olub. Prezidentin əlindəki üzərində aviator tipli günəş eynəyi şəkli olan şərab şüşəsi sosial media istifadəçilərinin diqqətini çəkib. Prezident hədiyyə verilən şərab şüşəsini gülümsəyərək qəbul edib və sərgi iştirakçıları ilə səmimi anları diqqətdən qaçmayıb.

 

Chosen
24
hafta.az

1Sources