EN

Fuad Qəhrəmanlı Əli Kərimlidən Milli Məclis və AzTV-nin binalarını ələ keçirmək tapşırığı aldıqlarını deyibVİDEO

2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində keçirilən yürüş zamanı Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək planlaşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

DTX-nın bu gün açıqladığı məlumatda yer alan videomaterialda Fuad Qəhrəmanlı bununla bağlı partiya sədri Əli Kərimlidən tapşırıq aldığını etiraf edib.

Chosen
11
27
xezerxeber.az

10Sources