Arda Güleri kəşf edən və “Fənərbaxça”nın keçmiş Skaut rəhbəri olmuş Serhat Pekmezci diqqətçəkən iddialarla çıxış edib. Pekmezciyə görə, Arda “Real Madrid”də müəyyən bir qrup tərəfindən hədəfə çevrilib və kollektiv tərəfindən tam qəbul olunmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.
O bildirib ki, bu vəziyyət gənc futbolçu üzərində ciddi psixoloji təzyiq yaradır:
“Arda Güler hazırda “Real Madrid”də çox ciddi psixoloji təzyiqə məruz qalır. Orada bir oyunçu qrupu var, Ardanı bir cür qəbul edə bilmədilər. Təəssüf ki, eqosu çox yüksək oyunçular var.”
Ardanın “Fənərbaxça”ya transferində rol oynamış şəxslərdən biri olan Pekmezci “Sports Digitale” YouTube kanalına müsahibəsində deyib:
“Arda çox səbirli insandır, amma artıq “Niyə hər zaman mən?” deyə etiraz etməyə başlayıb.”
Məsələ ilə bağlı “Real Madrid” tərəfindən rəsmi açıqlama verilməyib.
Bizim.Media