EN

Milli Şura xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə iğtişaşlara hazırlaşıb - DTX

Xəbər verildiyi kimi, "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi ilə bağlı fəaliyyət göstərib...

Poliqon xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərən, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Məlum olub ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, "Milli Şura"nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda "şura"nın fəaliyyətinin dəstəklənməsi xahiş edilib, həmin ölkədə aparılan "islahatlar"ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib.

Poliqon.info

Chosen
26
20
poliqon.info

10Sources