EN

2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əsaslı xərclər artıb

Bakı. Trend:

2025-ci il ərzində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri üzrəəməliyyat xərclərinə təxminən 131 milyon dollar, əsaslı xərclərəisə 98 milyon dollar vəsait xərclənib.

Bu barədə Trendbp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü il üzrə bu göstəricilər müvafiq olaraq146 milyon dollar və 44 milyon dollar olub. Beləcə, illik ifadədəəməliyyat xərcləri 10,3 faiz azalıb, əsaslı xərclər isə 2,2 dəfəartıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti vəŞahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərindigər regional xam neft və kondensat həcmləri (Qazaxıstan,Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri)də nəql olunur.

2025-ci ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 27 milyon ton(təxminən 207 milyon barel) xam neft və kondensat Ceyhanterminalında 283 tankerə yüklənmiş və yola salınmışdır.

“BTC Ko”nun səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni(5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%),EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

Məqalədə:
Chosen
52
az.trend.az

1Sources