EN

Rusiya XİN: ABŞ-ın Ermənistanda kiçik modul reaktor layihəsi suallar doğurur » AzadMedia.az

Rusiya

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın ABŞ texnologiyasına üstünlük verməsi ilə bağlı açıqlama verib. O, cümə axşamı keçirdiyi brifinqdə bildirib ki, Ermənistan istədiyi tərəfdaşlarla əməkdaşlıq etməkdə azaddır, lakin Amerika texnologiyasının seçilməsi müəyyən suallar yaradır.

Zaxarovanın sözlərinə görə, Vaşinqtonun təklif etdiyi kiçik güclü atom elektrik stansiyaları hazırda nə ABŞ-da, nə də başqa ölkədə fəaliyyət göstərir.
“Bu cür kiçik modul reaktorlar yalnız kağız üzərində mövcuddur”, – deyə o vurğulayıb.

Rusiya XİN sözçüsü Yerevanda elan edilən və dəyəri 9 milyard dollar olan kiçik modul reaktorların tikintisi layihəsi ilə bağlı konkret detalların açıqlanmadığını da qeyd edib. Onun sözlərinə görə, bu məsələ əlavə maraq doğurur və əsas suallardan biri həmin reaktorların harada tətbiq olunduğudur.
Zaxarova bəzi erməni KİV-lərinin bu xəbəri ABŞ-ın Ermənistan iqtisadiyyatına misilsiz investisiyası kimi təqdim etdiyini bildirib. Lakin o, layihənin maliyyə modelinin əsas məsələ olduğunu vurğulayıb.

Rusiya tərəfinin məlumatına görə, söhbət birbaşa ABŞ investisiyalarından getmir. Layihənin maliyyələşdirilməsinin TRIPP (Trump Route for International Peace and Prosperity) fondu vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub. Həmin fondun infrastruktur layihələrinin icrası üçün yaradılacağı əvvəlcədən elan edilsə də, hazırda fondun özü hələ yaradılmayıb.

Beləliklə, Rusiya XİN ABŞ-ın Ermənistanda planlaşdırdığı nüvə energetikası layihəsinin həm texniki, həm də maliyyə baxımından suallar doğurduğunu bəyan edib.

Chosen
35
1
azadmedia.az

2Sources