EN

Bu klub Bakıdakı məşhur stadionu icarəyə götürür?

Azərbaycan I Liqasının lideri “Şəfa” stadion problemini həll etmək üzrədi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi böyük ehtimalla keçmiş adı “ASK Arena” olan, hazırda “Baku Arena” adlandırılan stadionu uzun müddətlik icarəyə götürəcək.

Stadion hazırda Gənclər və İdman nazirliyinin balansındadı. Klub rəhbərliyi bütün danışıqları məhz nazirliklə edir.

Əgər son anda hər hansı bir dəyişiklik olmayacağı təqdirdə “Şəfa” yeni mövsümdən ev oyunlarını məhz “Baku Arena”da keçirəcək.

Qeyd edək ki, klub bu plan baş tutmayacağı halda Maştağadakı idman kompleksini icarəyə götürəcək.

Chosen
22
idmanxeber.az

1Sources