EN

Urmiya gölünün bərpa büdcəsi ləğv edildi

İranın yeni büdcə ili layihəsində “Urmiya gölünün bərpası planının öyrənilməsi və dizaynı” üçün bundan əvvəl nəzərdə tutulan büdcə ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təbrizin “Təbrizone” onlayn nəşri yazıb.

Məlumata görə, bununla yanaşı, ətraf mühitin mühafizəsi ilə bağlı nəzərdə tutulan vəsait də əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılıb.

“Ətraf mühitin mühafizəsi məsələləri üçün büdcədən ən az vəsait ayrılması və Urmiya gölünün bərpası üçün nəzərdə tutulan büdcənin ləğvi Məsud Pezeşkian hökumətinin ekoloji böhranlarla mübarizə prioritetləri ilə bağlı ciddi suallar doğurur”, - nəşr bildirib./Axar.az

Chosen
12
2
bakivaxti.az

3Sources