EN

AFFA nı UEFA Millətlər Liqasının püşkatma mərasimində təmsil edəcək şəxslər bəlli olub

ain.az, Idman.biz saytına istinadən bildirir.

Bu gün AFFA-nı UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, tədbirdə qurumun baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.

Qeyd edək ki, püşkatma mərasimi Belçikanın paytaxtı Brüsseldə, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
4
icma.az

9Sources