EN

AFFA püşkatmada iştirak edəcək şəxsləri açıqladı

AFFA-nı UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib. Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.Tədbirdə qurumun baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.

Xatırladaq ki, püşkatma mərasimi Belçikanın paytaxtı Brüsseldə, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Chosen
14
6
metbuat.az

9Sources