“Sabah”ın ötən ay yollarını ayırdığı Neqoş Kupusoviçin yeni klubu məlum olub.
Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Radnik”ə keçib.
Bu barədə Bosniya və Herseqovina klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Neqoş 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 29 oyun keçirib.