EN

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 206 saylı müntəzəm marşrut xətti üzrə keçirdiyi müsabiqənin nəticəsinə əsasən “Xaliq Faiqoğlu” MMC xidmətə başlayıb.

Bizim.Media xəbər verir ki, bu gündən xətt üzrə avtobuslar daha müasir nəqliyyat vasitələri ilə əvəzlənib.

Bildirilib ki, bu avtobuslar daha komfortlu olmaqla yanaşı bir sıra texnologiyalarla təchiz edilib. İsitmə-soyutma sistminə, fiziki məhdudiyyətlilər üçün xüsusi yerə və pandusa malikdir.

Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətindədir.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçirilir və gedişhaqqı 0,60 AZN müəyyən edilib.







Bizim.Media

Chosen
20
7
bizim.media

10Sources