EN

21 gündə 46 ölüm: Qışın öldürücü fəsadı

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şərqi Asiya ölkəsi Yaponiyada sərt qış şəraiti və güclü qar yağışı nəticəsində baş verən qəzalar zamanı həyatını itirənlərin sayı 46-ya yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Yaponiya Yanğın və Fəlakətlərin İdarəedilməsi Agentliyi (Şoboço) ölkə üzrə intensiv qar yağışının səbəb olduğu qəzalar nəticəsində ölənlərin sayının artdığını açıqlayıb.

Açıqlamada qeyd olunub ki, sərt hava şəraiti və güclü qarın yaratdığı hadisələr nəticəsində son 21 gün ərzində ölkə üzrə 46 nəfər həyatını itirib, 193-ü ağır olmaqla, ümumilikdə 558 nəfər yaralanıb.

Ən çox ölüm halı mövsüm şəraitindən ciddi təsirlənən Yaponiya dənizi (Şərq dənizi) bölgəsində yerləşən Niqata əyalətində qeydə alınıb. Burada 17 nəfər həyatını itirib.

Yaponiya Meteorologiya Agentliyi (JMA) qar yağışı və çovğunun davam edəcəyi, buz bağlamış yollar səbəbilə nəqliyyatda problemlər yaranacağı və damlardan qar kütlələrinin düşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
cebheinfo.az

2Sources