EN

“Qarabağ” “Nyukasl:

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl” (İngiltərə) oyununun biletləri bu gün saat 12.00-dan etibarən satışa çıxarılıb."Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın standart biletlərinin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat olacaq.VIP sektorlar: 200, 250, 300 və 400, VVIP sektorların qiyməti isə 1000 manatdı.Biletlər yalnız "iticket.az"ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər "iticket.az"ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.Xatırladaqk ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də keçiriləcək və saat 21.45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
5
icma.az

10Sources