EN

Gültəkin Hacıbəylinin yeri AÇIQLANDI

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən gecə Türkiyədən Azərbaycana deportasiya edilmişsabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hazırda Bakıdakı evindədir.Modern.az xəbər verir ki, bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.O, jurnalistlərin Gültəkin Hacıbəyli ilə əlqə saxlaya bilməməsinin səsbinə də aydınlıq gətirib.“Media nümayəndələri müraciət edib Gültəkin xanımla əlaqə saxlamaq istəyirlər. Deport olunarkən telefonu Türkiyədə təhsil alan oğlunda qalıb, ona görə də bir müddət telefon əlaqəsi mümkün olmayacaq. Əsas odur ki, yaxşıdır və evdədir. Əlavə bir gəlişmə olsa məlumat veriləcək”, - F.Qəhrəmanlı bildirib.Xatırladaq ki, Gültəkin Hacıbəyli 2025-ci il noyabr ayının 29-da Türkiyədə saxlanılaraq əvvəlcə Arnavutköy Geri Göndərmə Mərkəzinə aparılmış, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə göndərilib. İstanbul Məhkəməsi onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar çıxarıb.G.Hacıbəyli ötən gecə Azərbaycana deportasiya olunub.Gültəkin Hacıbəylinin adı "Ramiz Mehdiyev işi"ndə hallanır. İddialara görə, o, AXCP sədri Əli Kərimli ilə birgə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer alıb.AXCP sədri Əli Kərimli "Ramiz Mehdiyev işi" çərçivəsində istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
modern.az

2Sources