EN

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

“Müasir beynəlxalq münasibətlər sistemində qeyri-hökumət və ictimai təsisatların, xüsusilə nüfuzlu beynəlxalq təşkilatların rolu getdikcə artır. 

ABŞ-da yəhudi icmasını təmsil edən və geniş siyasi əlaqələrə malik olan bu qurumun rəhbər heyətinin fevralın 9-da Bakıya səfəri Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Eyni zamanda, bu görüş regional sabitlik, sülh təşəbbüsləri və çoxtərəfli əməkdaşlıq baxımından da mühüm mesajlar ehtiva edir. Prezident İlham Əliyevin ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi, təkcə protokol xarakterli görüş deyil, həm də mühüm siyasi və diplomatik mesajdır”. Bu fikirləri Mustaqil.az-a özəl olaraq AMEA-nın dissertantı, Dağ yəhudiləri milli irsinin araşdırmaçısı Ayna Əlixan bildirib.

Ayna Əlixanın fikrincə, bu görüş bir daha göstərdi ki, Azərbaycan artıq regional çərçivəni aşaraq qlobal siyasi dialoqun fəal iştirakçısına çevrilib: “Xüsusilə ABŞ və İsraillə münasibətlərin inkişafı fonunda Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir. Görüşdə ən diqqətçəkən məqam sülh gündəliyi ilə bağlı verilən mesajlar oldu. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi istiqamətində Vaşinqtonda əldə olunan nəticələrin vurğulanması, həm Azərbaycan Prezidentinin liderliyinin, həm də ABŞ tərəfinin rolunun qeyd edilməsi diplomatik balansın qorunduğunu göstərir. Bu, regionda dayanıqlı sabitliyin artıq real perspektivə çevrildiyini deməyə əsas verir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam regional əməkdaşlıq və nəqliyyat-bağlantı layihələrinin önə çıxarılmasıdır. TRIPP və digər təşəbbüslər təkcə iqtisadi layihə deyil, həm də siyasi sabitliyin təminat mexanizmlərindən biridir. İqtisadi inteqrasiya sülhün ən davamlı və dayanaqlı

Dövlət başçısının son aylarda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsi münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bu dinamika iki ölkə arasında strateji dialoqun dərinləşdiyini nümayiş etdirir.

Görüşdə, həmçinin Azərbaycandakı tolerantlıq, multikultural mühit burada yaşayan xalqların, milli-mənəvi irsinə və bəşəri dəyərlərə verilən yüksək qiymət də vurğulanıb. Bu məmləkətdə əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri mövcud olub, formalaşıb. Son illər ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir”.

Onun sözlərinə görə, zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biri olan Azərbaycanda sülh, dostluq, qardaşlıq hökm sürür: “Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnik və dini dözümlülük, tolerantlıq və multikulturalizm dövlət səviyyəsində qorunub saxlanılır. Həmçinin ölkəmizdə yəhudi icmasına göstərilən diqqət və qayğı Azərbaycanın müxtəlif din və millətlərin dinc yanaşı yaşadığı məkan olduğunu bir daha təsdiqləyir.

Ümumilikdə, bu görüşü mən Azərbaycanın həm regional, həm də qlobal səviyyədə mövqeyinin möhkəmlənməsi istiqamətində növbəti addım kimi qiymətləndirirəm. Diplomatik fəallıq, sülh təşəbbüsləri və çoxtərəfli əməkdaşlıq Azərbaycanın gələcək inkişaf strategiyasının əsas sütunları olaraq qalır”.

Ayna Əlixan bu kontekstdə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərini də xüsusi qeyd edib: “ABŞ administrasiyasının yüksək səviyyəli təmsilçisi kimi onun Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinə yanaşması, regionda davamlı sülhün təmin olunmasına dair mövqeyi mühüm əhəmiyyət daşıyır. Vaşinqtonun Azərbaycan–Ermənistan normallaşma prosesinə verdiyi dəstək fonunda vitse-prezident səviyyəsində aparılan siyasi dialoq iki ölkə arasında strateji tərəfdaşlığın institusional əsaslarını daha da gücləndirə bilər. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli diplomatiya ilə yanaşı, ABŞ rəhbərliyinin – o cümlədən vitse-prezident səviyyəsində – konstruktiv mövqeyi sülh gündəliyinin irəliləməsinə və ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsinə mühüm töhfə verəcək”.

Chosen
26
sabahinfo.az

1Sources