“Tottenhem” klubunun nümayəndələri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə əlaqə saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, londonlulara cavab olaraq argentinalı mütəxəssisin gələn yaydan etibarən istənilən iş təklifini nəzərdən keçirməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, İngiltərə təmsilçisi 2025-ci ilin yayından komandaya rəhbərlik edən baş məşqçi Tomas Frankı istefaya göndərib. Simeone isə “Atletiko”nu 2011-ci ildən çalışdırır.