EN

Anna Soave: WUF13 tərəfdaşlıq üçün mühüm platformadır VİDEO

Azərbaycan qeyri-hökumət təşkilatlarının WUF13-ə göstərdiyi güclü maraq sevindiricidir. Bu forum şəhərsalma sahəsində qlobal dialoq, təcrübə mübadiləsi və tərəfdaşlıq üçün mühüm platformadır.

QHT.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave QHT-lər üçün "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən WUF13 üzrə təlimdə söyləyib.

O bildirib ki, WUF açıq və inklüziv platformadır. Burada hüquqi baxımdan məcburi qərarlar qəbul edilmir. Forum hökumətləri, yerli icmaları, QHT-ləri, akademik dairələri, özəl sektoru və digər maraqlı tərəfləri bir araya gətirir.

Hazırlıq işləri intensiv şəkildə davam edir və Azərbaycan hökumətinin bu tədbirə göstərdiyi yüksəksəviyyəli dəstək xüsusi qeyd olunmalıdır.

"WUF13-ün Bakıda keçirilməsi yalnız beynəlxalq tədbir deyil. Bu, həm də Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi yenilikləri və xüsusilə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərini qlobal ictimaiyyətə təqdim etmək üçün mühüm imkandır", - deyə A.Soave vurğulayıb.

Chosen
9
2
qht.az

3Sources