EN

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək ilk oyuna biletlərin qiyməti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu gün saat 12:00-da satışa çıxarılan biletlərin qiyməti 10-1000 manat arasında dəyişir.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir. VIP sektorlar üçün biletlər 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün isə 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Stadiona giriş QR bilet ilə mümkün olacaq.

Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Bizim.Media

Chosen
17
12
bizim.media

10Sources