EN

Pezeşkian vədinə əməl etmədi Urmu gölünün bərpa büdcəsi ləğv edildi

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın yeni büdcə ili layihəsində "Urmu gölünün bərpası planının öyrənilməsi və dizaynı" üçün bundan əvvəl nəzərdə tutulan büdcə ləğv edilib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bununla yanaşı ətraf mühitin mühafizəsi ilə bağlı nəzərdə tutulan vəsait də əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılıb.

"Ətraf mühitin mühafizəsi məsələləri üçün büdcədən ən az vəsait ayrılması və Urmu gölünün bərpası üçün nəzərdə tutulan büdcənin ləğvi Məsud Pezeşkian hökumətinin ekoloji böhranlarla mübarizə prioritetləri ilə bağlı ciddi suallar doğurur",- Təbrizin Pezeşkiana yaxınlğı ilə tanınan "Təbrizone" onlayn nəşri yazıb.

Qeyd edək ki, Məsud Pezeşkian seçki qabağı təbliğat kampaniyasında əsas prioritetlərdən birinin Urmu gölünün bərsı olduğunu bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
2
icma.az

3Sources