EN

"Qarabağ" - "Nyukasl" oyununun biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxarılır. 

Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər bu dəqiqələrdə, saat 12:00-da satışa çıxır.

Standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Chosen
5
16
fanat.az

10Sources