EN

Rasim Balayevin vəzifəsini kim icra edir? - “Hazırda evdədir”

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin səhhətində ciddi problem yaranıb. Onun əsəb pozğunluğu keçirdiyi və fəqərə sütununda problem olduğu bildirilir.

Xalq artistinin səhhətində problem yaranandan sonra ittifaqda onun vəzifəsini kimin icra etməsi məsələsi gündəmə gəlib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Yeni Sabah”a bildirib ki, R.Balayevin vəzifəni icra edən yoxdur:

“Hazırda vəzifəni özü icra edir. İnsan qrip olanda özünü idarə edə bilmir? Hazırda evdədir”.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
47
1
yenisabah.az

2Sources