EN

Rusiyanı kompromislərə getməsi üçün yetərli təzyiqlər göstərilmir

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İran – ABŞ qarşıdurmasının Rusiya – Ukrayna müahribəsi ilə bağlı situatsiyanı arxa plana keçirdiyi ilə bağlı iddialar səslənsə də, lakin 4 il öncə başlayan bu münaqişə hələ də, dünyanın əsas gündəm mövzusudur. Danışıqlar davam edir, qarşılıqlı şərtlər irəli sürülür. Lakin hələ də bu münaqişəni bitirəcək vəziyyət yoxdur. O, zaman ortaya maraqlı sual çıxır, 2026-cı ildə Rusiya-Ukrayna müharibəsinin bitməsini şərtləndirən amillər varmı?

Bu sual ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, Rusiya-Ukrayna müharibəsi regional qarşıdurma çərçivəsindən çıxaraq, qlobal təhlükəsizlik sisteminə təsir göstərən geosiyasi böhrandır. Bu münaqişə beynəlxalq münasibətlərdə güc balansına, enerji təhlükəsizliyinə və diplomatik mexanizmlərə ciddi təsir edib.

Mövcud vəziyyət fonunda əsas suallardan biri müharibənin nə zaman və hansı şərtlərlə başa çatacağı ilə bağlıdır. Münaqişənin 2026-cı ildə bitmə ehtimalını hərbi, siyasi, diplomatik və iqtisadi faktorlar prizmasından təhlil edib, qiymətləndirmək olar. İlk növbədə təbii ki, hərbi balans məsələsinin mühüm rol oynadığını qeyd etmək lazımdır.

Ukrayna müharibə boyunca Qərb ölkələrindən, xüsusilə ABŞ və Avropa İttifaqından əhəmiyyətli hərbi dəstək alıb. Rusiya isə hələ də strateji resurslar və hərbi potensial baxımından əhəmiyyətli üstünlüyə malikdir. Hər iki tərəfin itkiləri və mövqelərin mürəkkəbliyi fonunda 2026-cı ildə müharibənin bitməsi üçün ya real hərbi tükənmə, ya da siyasi qərar və sülh təşəbbüsü tələb olunur. ikinci məsələ kimi, beynəlxalq diplomatiyanın rolu olduqca vacibdir.

Əgər Rusiya və Ukrayna üçün sülhün sərfəli siyasi və iqtisadi həll yolları yaradılarsa, 2026-cı ildə konfliktin bitməsi ehtimalı yüksələr. Bu isə əsasən diplomatik və iqtisadi təzyiqlərin nəticəsində mümkün ola bilər. Rusiya və Ukraynada iqtisadi vəziyyət, sosial sabitlik və ictimai təzyiqlər hökumətləri müəyyən kompromislərə vadar edə bilər. Ukraynanın uğurlu hərbi əməliyyatları və Rusiya qarşı iqtisadi sanksiyaların təsiri tərəfləri danışıqlara yönləndirə bilər. Amma hələlik qeyd olunan məqamlarla bağlı nəticəyə təsir göstərə biləcək faktorlar olduqca zəifdir.

Yəni başqa sözlə desək, mövcud durumda tərəflərdən hər hansı birinin hərbi cəhətdən tamamilə tükəndiyini söyləmək mümkün deyil. Rusiyanı kompromislərə getməsi üçün yetərli təzyiq göstərilmir.

Sonuncu Zelenski - Tramp görüşündə də sülh sazişinin əksər detalları ilə bağlı ümumi anlaşma olsa da, ərazi güzəştləri məsələsində hər hansı razılaşma yoxdur. Amma bütün bunlara baxmayaraq, əgər müharibə 2026-cı ildə bitərsə, şübhəsiz ki, bu, geosiyasi mənzərənin də dəyişməsinə səbəb olacaq. Geosiyasi reallıqlar isə bir neçə istiqamətdə dəyişə bilər. Bunlardan biri regional təhlükəsizlik arxitekturası ilə bağlıdır.

Müharibənin bitməsi ilə Şərqi Avropada təhlükəsizlik mexanizmləri yenidən formalaşa bilər. NATO və Avropa İttifaqı Ukraynanın təcrübəsinə əsaslanaraq müdafiə strategiyalarını gücləndirmək haqqında düşünəcək. Müharibənin bitməsi sözsüz ki, Rusiya və Qərb arasında yeni normaların, eləcə də beynəlxalq hüquq və sanksiya rejimləri üzrə yeni mexanizmlərin ortaya çıxmasına da şərait yarada bilər, 2026-cı ildə Rusiya-Ukrayna müharibəsinin bitməsi ehtimalı həm hərbi, həm diplomatik, həm də daxili siyasi faktorlarla bağlı olan məsələdir.

Əgər bu baş verərsə, həm Avropada, həm də qlobal siyasətdə yeni təhlükəsizlik, iqtisadi və diplomatik reallıqlar formalaşması gözləniləndir.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
icma.az

1Sources