Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampı Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü ilə bağlı tədbirlərə dəvət etmək ehtimalını istisna etməyib.
Herbiand.az bildirir ki, Peskov bu barədə TASS-a verdiyi müsahibədə danışıb.
O, Amerika liderinin qarşıdan gələn Qələbə paradına dəvət olunub-olunmayacağı ilə bağlı sualı cavablandırarkən belə deyib: “Tramp haqqında baxacağıq - ən azından maraqlanacağıq, o edə biləcək, yoxsa edə bilməyəcək”.
Bəxtiyar CƏFƏRLİ