EN

Pensiya kapitalları 5,6 faiz artırıldı – Vüqar Bayramov açıqladı

Prezidentin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları indeksləşdirilib. Artım 2025-ci ilin illik inflyasiya səviyyəsinə uyğun olaraq 5,6 faiz təşkil edib. Bu o deməkdir ki, vətəndaşların pensiya kapitalı 5,6 faiz artırılıb (məsələn, 40 min manat kapital 42 min 240 manata yüksəlir).

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, indeksləşmə yığımların inflyasiyanın təsirindən qorunması məqsədi daşıyır.

Chosen
112
qht.az

1Sources