EN

ABŞ və Venesuela arasında yeni razılaşma

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və Venesuela energetika sektorunda əməkdaşlığa dair uzunmüddətli proqram üzrə razılıq əldə ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə EFE agentliyi Venesuela rəsmilərinə istinadən informasiya yayıb.

Məlumata görə, razılaşma Karakasda Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriges və ABŞ-nin energetika naziri Kris Rayt arasında baş tutan danışıqlar zamanı əldə edilib. Anlaşmanın detalları hələlik ictimaiyyətə açıqlanmır.

Mənbənin bildirdiyinə görə, tərəflər həmçinin neft, qaz, faydalı qazıntılar və elektrik enerjisi istehsalı sahələrində də birgə mümkün layihələri müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Venesuelaya mal və xidmətlərin tədarükünə, eləcə də neft və qaz hasilatı ilə əlaqəli müəyyən əməliyyatlara icazə verən əsas lisenziyalar verib. Bu, xüsusilə ABŞ şirkətlərinə Venesuela ərazisində neft və təbii qazın kəşfiyyatı, işlənməsi və istehsalına imkan yaradır.

Ötən ay ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatların nəhəng şirkətləri Venesuelaya qayıtmağa və ölkənin neft sahəsinin bərpasına milyardlarla dollar investisiya qoymağa hazırdırlar. Yanvarın 9-da Ağ Ev lideri bu perspektivləri müzakirə etmək məqsədilə iri enerji şirkətlərinin rəhbərləri ilə görüş keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
oxu.az

1Sources