EN

Bölgə təmsilçisi azərbaycanlı futbolçu ilə gücləndi

“Şahdağ Qusar” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Şəfa”dan Ədilxan Qarəhmədovu icarə əsasında heyətinə qatıb. 25 yaşlı futbolçu cari mövsümün sonuna qədər Qusar təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə “Şahdağ Qusar”ın heyətində Azərbaycan II Liqasının qalibi olub.

Chosen
11
idmanxeber.az

1Sources