EN

Tanınmış aktyor VƏFAT ETDİ

Ajans.az xəbər verir ki, bu barədə The Hollywood Reporter qəzeti aktyorun ailəsinin sosial şəbəkələrdə yaydığı rəsmi açıqlamaya istinadən xəbər yayıb. Qeyd olunur ki, 2023-cü ildə həkimlər Van Der Bikə kolorektal xərçəng diaqnozu qoyublar. Aktyor 2024-cü ildə xəstəliyi barədə ictimaiyyətə açıq şəkildə məlumat vermişdi. Ceyms Van Der Bikin karyerası hələ məktəb illərində teatr tamaşaları ilə başlayıb. 1997-ci ildə “Dawson’s Creek” serialında ikonik rolunu canlandırmazdan əvvəl o, müxtəlif səhnə əsərlərində və müstəqil filmlərdə çəkilib. Serial altı mövsüm ərzində The WB kanalında yayımlanıb. Layihədə onun tərəf-müqabilləri Mişel Uilyams, Keti Holms və Coşua Cekson olub. Aktyor həmçinin Bret İston Ellisin romanı əsasında çəkilmiş “Cazibə qaydaları” (The Rules of Attraction) və “Cey və Səssiz Bob cavab zərbəsi” (Jay and Silent Bob Strike Back) filmlərində də rol alıb. “Dawson’s Creek”dən sonra o, “Rain Dance” layihəsi ilə yenidən teatra qayıdıb, həmçinin “How I Met Your Mother” və “Criminal Minds” seriallarında qonaq rollarda çəkilib. Van Der Bik “One Tree Hill” serialında film rejissoru obrazını canlandırıb. Daha sonra “Don’t Trust the B---- in Apartment 23”, “Friends with Better Lives” və digər televiziya layihələrində rol alıb. Son illərdə onun filmoqrafiyası “Pose” və “CSI: Cyber” seriallarındakı rollarla genişlənib. O, həmçinin “Vampirina” animasiya serialının 69 bölümündə personajları səsləndirib. Aktyorun aktrisa Hizer MakKomb ilə evliliyi 2010-cu ildə rəsmi olaraq başa çatıb. Ceyms Van Der Bikin həyat yoldaşı Kimberli Bruk və altı övladı qalıb.

 

Chosen
29
Ajans.az

1Sources