EN

Vens: İlham Əliyev nüfuzlu dünya lideridir

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Azərbaycana səfər etdiyim üçün çox məmnunam və şadam.

Ölkə.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərinin yekunu ilə bağlı deyib.

O qeyd edib ki, səfər zamanı Prezident İlham Əliyevlə bir sıra vacib məsələləri müzakirə edib.

ABŞ vitse-prezidenti Azərbaycana səfərini əla keçdiyini deyib və buna görə İlham Əliyevə təşəkkür edib.

“İlham Əliyev nüfuzlu dünya lideridir”, - deyən Vens əlavə edib ki, görüşdə regional və qlobal məsələləri, eləcə də terrorizmə qarşı mübarizəni müzakirə ediblər. "Beləliklə, bu, əla bir səfər idi", -  Vens qeyd edib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
olke.az

3Sources