EN

ABŞ də lazer sınaqlarına görə fikir ayrılığı Bəzi ərazilərdə hava məkanı bağlandı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin Hərb Nazirliyi ilə Federal Aviasiya Administrasiyası (FAA) arasında pilotsuz uçuş aparatlarına qarşı lazer silahlarının sınaqdan keçirilməsi ilə bağlı yaranan fikir ayrılığı Texasın El-Paso və cənubi Nyu-Meksiko ərazilərinin böyük bir hissəsi üzərindəki hava məkanının bağlanmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri aviasiya administrasiyasının müvafiq icazəsi olmadan Meksika narkotik kartellərinin istifadə etdiyi bildirilən PUA-lara qarşı lazer sınaqdan keçirməyi planlaşdırıb. FAA isə sınaqların mülki aviasiya üçün təhlükəsiz olmasını təmin etmək istəyib və bundan sonra müvafiq tənzimləyici qurum hava məkanını bağlayıb.

Qeyd olunur ki, Pentaqonun lazeri sınaqdan keçirib-keçirmədiyi hələlik məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
oxu.az

1Sources