EN

ABŞ-də lazer sınaqlarına görə hava məkanı bağlanıb

Pentaqon ilə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) arasında pilotsuz uçuş aparatlarına qarşı lazer silahının sınaqları ilə bağlı yaranmış fikir ayrılığı Texas ştatının El-Paso şəhəri və Nyu-Meksiko ştatının cənubunun böyük hissəsi üzərində hava məkanının bağlanmasına səbəb olub.

Milli.Az xəbər verir ki, bu barədə Associated Press agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri Meksika narkokartellərinin istifadə etdiyi iddia olunan PUA-lara qarşı lazer sınaqlarını FAA ilə lazımi razılaşdırma aparmadan planlaşdırıblar. FAA isə testlərin mülki aviasiya üçün təhlükəsizliyinə əmin olmaq istəyib. Bundan sonra aviasiya tənzimləyicisi hava məkanını bağlayıb.

Agentlik qeyd edir ki, Pentaqonun lazer sınaqlarını həyata keçirib-keçirmədiyi hələlik məlum deyil.

Ayxan
Milli.Az

Chosen
16
12
milli.az

10Sources