EN

Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri müəyyənləşir - PÜŞKATMA

Bu gün Belçikanım paytaxtı Brüsseldə UEFA Millətlər Liqasının 2026/27 mövsümü üçün püşkatma mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatmada Azərbaycan millisinin rəqibləri də bəlli olacaq.

D Liqasında yarışacaq yığmamız 1-ci səbətdə yer alır. Ayxan Abbasovun baş məşqçisi olduğu komandanın potensial rəqibləri də bəllidir. Bu mərhələdə hərəsində 3 komanda olmaqla, iki qrup formalaşdırılacaq. Qruplarda komandalar bir-biri ilə ev və səfər prinsipi əsasında ümumilikdə 4 oyun keçirəcəklər.

D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.

Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.

UEFA Millətlər Liqasının yeni mövsümünə sentyabrın 24-də start veriləcək. Qrup mərhələsinin son oyunları noyabrda keçiriləcək. Turnirin final mərhələsi isə 2027-ci ilin iyun ayında baş tutacaq.

UEFA Millətlər Liqası
2026/2027 mövsümü 

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra
 

Chosen
34
23
fanat.az

10Sources