EN

Zelenski: Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazıram

Ukrayna nümayəndə heyəti Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırdır.

Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalı jurnalistlərə deyib.  
“Biz ABŞ-nin təkliflərini dəstəkləməyə hazırıq, Amerikanın, Avropanın, neytral ölkənin istənilən ərazisində, istənilən dövlətdə görüşə bilərik, Rusiya və Belarus istisna olmaqla. Bizim üçün fərqi yoxdur, Mayami olsun, ya Əbu-Dabi. Əsas odur ki, nəticə olsun. Mən bu müharibədə təcavüzkar olan ölkənin paytaxtı Moskvaya Putinlə danışıqlara gələ bilmərəm”, – deyə Zelenski vurğulayıb.

Chosen
59
9
xezerxeber.az

10Sources