EN

İran-ABŞ xəttində gizli mesajlar: Bu ölkə vasitəçi rolundadır

İranda rəsmi şəxslər Oman vasitəsilə Birləşmiş Ştatlardan bir neçə mesaj aldıqlarını açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani dövlət televiziyasında bildirib.

Laricani qeyd edib ki, İran ABŞ-la birbaşa yazışma aparmayıb, lakin Oman hökuməti dost ölkə kimi Vaşinqtondan göndərilmiş bəzi mesajları Tehrana təqdim edib və bu mesajlar artıq İran tərəfi tərəfindən öyrəniləcək.

6 fevralda Omanın paytaxtı Məskətdə İran və ABŞ arasında nüvə proqramı ilə bağlı növbəti görüş keçirilib. Bu görüş son bir neçə ayda tərəflər arasında aparılan danışıqların davamıdır və İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bir araya gəlib.

Laricani əlavə edib ki, göndərilən mesajların məzmunu barədə detalları Tehranda öyrənirlər, lakin hələlik onlara ABŞ tərəfindən birbaşa məktublar daxil olmayıb.

Bu fikir mübadiləsi fonunda “Washington Post”, “Reuters” və digər xarici agentliklər də ABŞ-la İran arasında diplomatik danışıqların davam etdiyini və tərəflərin müəyyən məqamları müzakirə etdiyini bildiriblər. (Publika.az )

Chosen
10
1
news365.az

2Sources