Azərbaycana səfər etdiyim üçün çox şadam.
Senzor.az bildirir ki, bunu Azərbaycana səfərini başa vuran ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens aeroportda jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan Prezidenti ilə bir sıra əhəmiyyətli məsələləri müzakirə etdiyini bildirib.
Vens ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə əvəzinə əmin-amanlığın olacağına, ticarətin aparılacağına diqqət çəkib.
ABŞ-ın Vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırıb və bunun üçün Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycan Prezidentini nüfuzlu dünya lideri adlandıran Vens dövlət başçısı ilə regional və qlobal məsələləri, eyni zamanda, terrorla mübarizəni müzakirə etdiyini vurğulayıb.
“Beləliklə, bu, əla bir səfər idi”, - Vens əlavə edib.