EN

Rusiya təkmilləşdirilmiş "Su-57" qırıcı təyyarələri alıb

Rusiya təkmilləşdirilmiş imkanlara malik "Su-57" qırıcı təyyarələr alıb. Bakıvaxtı.az "LeParisien.fr"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ixtisaslaşmış "Militarnyi" veb saytı məlumat yayıb. Xəbərə görə, beşinci nəsil təyyarə yenilənmiş bort sistemi və silahlarla təchiz olunub. Bu təkamül təyyarənin missiya imkanlarını genişləndirməyi, hava, quru və dəniz hədəflərini vurmağı və əlverişsiz hava şəraiti də daxil olmaqla gecə-gündüz fəaliyyət göstərməsini təmin etməyi hədəfləyir. Xüsusilə onun yeni növ sursatlardan istifadə etmək qabiliyyətinə diqqət yetirilib.

"Dziomqi" aviabazasında təxminən 15 "Su-57" təyyarəsi aşkar edilib.

Rusiya çatdırılan təyyarələrin dəqiq sayını, silahlanmanın dəqiq tərkibini və ya istehsal tempi barədə məlumat verməyib. 2010-cu illərdə hazırlanmış bu təyyarənin əvvəlki partiyası 2025-ci ilin yazında təhvil verilib.

9 fevral tarixli peyk görüntülərində Rusiyanın Uzaq Şərqindəki "Dzyomqi" aviabazasında bir neçə "Su-57" təyyarəsi görünür. Orada 18 "Su-35S" qırıcısı, üç "MiG-31BM" tutucu təyyarəsi və iki "Mi-8" helikopteri ilə yanaşı, 15 təyyarə yerləşdirilib. "Militarnyi"nin yaydığı məlumata əsasən bu mövcudluq onların yığılmasına cavabdeh olan zavodun yaxınlığı, davam edən əməliyyat mərhələləri, qırıcıları uzaq mənzilli dronlar və Ukrayna qanadlı raketlərinin hücumlarından qorumaq istəyi ilə izah edilə bilər .

Aydın Baxış

Chosen
21
1
bakivaxti.az

2Sources