EN

Orban: Avropa Ukraynanı Aİ yə qəbul etmək əvəzinə, onunla tərəfdaşlığı seçməlidir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 fevral, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü sürətləndirmək əvəzinə, onunla strateji tərəfdaşlıq modelini seçməlidir.

AZƏRTAC xəbər verir ki, Orban bu barədə sosial media platforması X-də yazıb. “Ukraynanın Aİ-yə qəbulu Avropanı müharibəyə sürükləyəcək. Biz əməkdaşlığa qarşı deyilik, lakin üzvlük səhv yoldur. Üzvlük yox, strateji tərəfdaşlıq məsuliyyətli seçimdir”, – deyə o bildirib.

Macarıstan Baş nazirinin bu açıqlaması “Politico” nəşrində Ukraynanın 2027-ci ilə qədər Aİ-yə inteqrasiyasını sürətləndirməyi nəzərdə tutan beşmərhələli planla bağlı məqaləyə cavab olaraq səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
azertag.az

3Sources