EN

Ayşe Barımla bağlı məhkəmə qərarı AÇIQLANDI

Ajans.az bu barədə Haber Global"a istinadən xəbər verir. Taksimdə Gezi Parkı hadisələrini planlaşdıranlardan biri olduğu iddiası ilə "Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüsə kömək etmək" maddəsi ilə mühakimə olunan və 30 ilə qədər həbs cəzası tələb edilən Barım barəsində qərar açıqlanıb. Məhkəmə Ayşe Barımı "Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüs" ittihamı ilə 12 il 6 ay ev həbsi cəzasına məhkum edib.

Xatırladaq ki, Ayşe Barımın "Gezi Parkı" hadisələrinin əsas təşkilatçılarından biri olduğu müəyyən edilib. O, hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq edib.

Chosen
12
1
Ajans.az

2Sources