EN

Zelenski Putinlə bir şərtlə görüşməyə hazırdır

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə Avropada və ya Amerikada görüşməyə hazırdır, lakin Rusiyada və ya Belarusda yox.

Reyting.az xəbər verir ki, Zelenski bunu onlayn brifinq zamanı deyib.

Dövlət başçısı Ukrayna nümayəndə heyətinin Vladimir Putinlə şəxsi danışıqlar üçün Moskvaya səfər etməsi ehtimalı ilə bağlı yayılan məlumata da münasibət bildirib.

"Rusiya tərəfinin bizi dəvət etdiyini bir neçə dəfə eşitmişəm. Amma onlar təcavüzkardır. Mən bu müharibədə təcavüzkar olan bir ölkənin paytaxtına Putinlə danışıqlar üçün gedə bilmərəm", - Zelenski vurğulayıb.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Ukrayna ABŞ-nın təkliflərini dəstəkləməyə və istənilən ərazidə - Amerikada, Avropada, neytral ölkələrdə, Rusiya Federasiyası və Belarusdan başqa istənilən ölkədə Putinlə görüşməyə hazırdır.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
reyting.az

1Sources