ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Evin qapısını açan kimi hiss olunan ağır siqaret qoxusu həm narahatlıq yaradır, həm də otaqdakı havanın keyfiyyətinə mənfi təsir göstərir. Xüsusilə qapalı məkanda çəkilən siqaretin tüstüsü pərdə, xalça, divan və geyimlərə tez hopur. Hətta bir gecəlik intensiv siqaret istifadəsi belə qalıcı qoxu yarada bilər.Demokrat.az siqaret qoxusundan qurtulmaq üçün bir neçə təsirli üsul təqdim edir:Siqaret qoxusu ən çox parçaya hopur. Pərdələr, yorğan-döşək, geyimlər və digər tekstil məhsulları yuyulmadan qoxudan tam təmizlənmir. Təkcə yuyucu toz bəzən kifayət etmir. Effektli üsullardan biri son durulama mərhələsində paltaryuyan maşının yumşaldıcı bölməsinə bir qədər sirkə əlavə etməkdir. Sirkə parça liflərinə hopmuş tüstü qalıqlarını aradan qaldırmağa kömək edir. Yuyulmuş əşyaları qapalı məkanda deyil, açıq havada qurutmaq daha yaxşı nəticə verir. Bu, qoxunun geri qayıtmasının qarşısını alır.Örtüyü çıxmayan divan və kreslolarda qoxunu aradan qaldırmaq üçün pambıq parçanı alma sirkəsi ilə yüngülcə nəmləndirib səthi silmək kifayətdir. Parçanın çox islanmaması vacibdir ki, mebel zədələnməsin. Silmə prosesi başa çatdıqdan sonra otağı yaxşı havalandırmaq lazımdır.Xalçalar qoxunu tez saxlayan səthlərdəndir. Sadəcə havalandırmaq kifayət etmir. Xalçanın üzərinə soda səpilərək bir gün saxlanılması tövsiyə olunur. Soda pis qoxuları özünə çəkir. Daha sonra xalça süpürülür və qoxunun əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunur.Siqaret tüstüsü bəzi sərt səthlərdə də qalıcı iz buraxa bilər. Mərmər külqabı və ya masa səthlərini sirkə ilə silmək qoxunu aradan qaldırır. Sirkənin qoxusunu sevməyənlər isə vanil ekstraktından istifadə edə bilərlər. Çox güclü və keçməyən qoxu hallarında amonyaklı su ilə səthlərin silinməsi təsirli üsul sayılır. Lakin bu vasitədən istifadə edərkən otağın yaxşı havalandırılması vacibdir.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.