EN

Mançester Siti Fulhem i üç cavabsız qolla məğlub etdi

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti" doğma meydanda "Fulhem"lə üz-üzə gəlib.

Modern.az xəbər verir ki, "Etihad" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Pep Qvardiolanın komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra xallarını 53-ə çatdıran "Mançester Siti" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. 34 xalı olan "Fulhem" 12-ci sıradadır. 56 xalla liderliyi isə "Arsenal" davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
modern.az

1Sources