EN

Yatmadan 1 saat əvvəl bunu edin, tez yuxuya gedəcəksiniz

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yatmazdan əvvəl telefona baxmaq yuxu keyfiyyətinə mənfi təsir edir.

Milli.Az xəbər verir ki, bu barədə mütəxəssislər ciddi xəbərdarlıq edirlər. 

Onların sözlərinə görə, ekranlardan yayılan mavi işıq beynin melatonin - yuxu hormonunun - ifrazını azaldır və orqanizmin istirahət rejiminə keçməsini çətinləşdirir.

Qeyd olunur ki, telefon və digər elektron cihazların işığı beyni ayıq saxlayır, bu da yuxuya getmə müddətini uzadır. Nəticədə insan kifayət qədər dincələ bilmir və səhər özünü yorğun hiss edir.

Uzmanlar xəbərdarlıq edirlər ki, bu vərdiş uzun müddət davam edərsə, xroniki yorğunluq, diqqət dağınıqlığı və stress kimi problemlərə yol aça bilər. Buna görə də yatmazdan ən azı 30-60 dəqiqə əvvəl elektron cihazlardan uzaq durmaq tövsiyə olunur.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
news.milli.az

2Sources