EN

Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib Araşdırma

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İlk baxışdan Yer hidrogenlə zəngin görünmür. Lakin kainatda ən bol element olan hidrogen Yer kürəsində su şəklində mövcuddur. Bundan əlavə, tədqiqatlar göstərir ki, planetin nüvəsində dəmirlə bağlı böyük miqdarda hidrogen ola bilər. Bu miqdar okeanlardakı hidrogenin həcmindən (təxminən 150 kvintilyon kiloqram) 45 dəfə çoxdur. Bu isə Yerin nüvəsini həmin elementin ən böyük ehtiyat mənbəyinə çevirir.

Oxu.Az bu barədə CNN-ə istinadən xəbər verir.

Həmin hidrogenin çıxarılması mümkün olmasa da, əldə edilən məlumatlar alimlərə Yerin formalaşması, maqnit sahəsinin yaranması və suyun mənşəyi barədə daha dolğun təsəvvür əldə etməyə kömək edir.

Pekin Universitetindən geofizik Donqyanq Huanqın rəhbərlik etdiyi tədqiqat qrupu Yer kürəsindəki suyun böyük hissəsinin planetin formalaşmasının erkən mərhələsində yarandığı, sonradan isə kometalar vasitəsilə gətirilmədiyi qənaətinə gəlib.

Alimlər Yerin nüvəsini birbaşa öyrənə bilmədikləri üçün laboratoriya şəraitində ekstremal mühiti təqlid ediblər. Onlar hidratlı silikat şüşəsini 111 giqapaskal təzyiq və 5 100 Kelvin temperaturda sınaqdan keçirərək maddələrin nüvə şəraitində necə davrandığını araşdırıb.

Təcrübə göstərib ki, yüksək temperatur şəraitində dəmir, silisium, oksigen və hidrogen bir-biri ilə qarışır. Hidrogen əvvəlcə dəmirlə, daha sonra isə oksigen və silisiumla birləşir. Alimlərin hesablamalarına görə, Yerin nüvəsində hidrogenin payı 0.07-0.36% təşkil edir. Bu isə okeanlardakı hidrogen miqdarından 9-45 dəfə çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
oxu.az

1Sources