EN

Android smartfonlarında Telegram ın xarici görünüşü tamamilə dəyişib

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Telegram"ın "Android" versiyası son 10 ildə ən genişmiqyaslı yenilənməni alıb".

Oxu.Az xəbər verir ki, bu barədə mesencerin qurucusu Pavel Durov bildirib.

Pavel Durovun sözlərinə görə, "Android" üçün "Telegram" yenilənməsi tamamlanıb və artıq hər kəs üçün əlçatandır. Ötən həftə yayımlanan genişmiqyaslı yeniləmə tətbiqin dizaynını tamamilə dəyişib. Eyni dəyişikliklər "iOS" tətbiqində 2025-ci ilin oktyabrında təqdim olunub.

Qeyd edək ki, "Telegram" mesenceri 14 avqust 2013-cü ildə Pavel və Nikolay Durov tərəfindən yaradılıb. Platformada məlumatların təhlükəsizliyi "MTProto" alqoritmi vasitəsilə təmin edilir və bütün məlumatlar şifrələnir. İlkin tətbiq "iOS" üçün buraxılıb, "Android" versiyası isə həmin ilin oktyabrında istifadəyə verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
3
oxu.az

4Sources