EN

ABŞ Maliyyə Nazirliyi Rusiya neftinə qarşı sanksiyaların ləğvini istisna etmir

BAKI, 12 fevral. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Ukrayna münaqişəsinin nizamlanmasına nail olunacağı təqdirdə Rusiya neftinə qarşı tətbiq edilən sanksiyaların ləğvini istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəhbəri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna arasında razılaşma əldə olunarsa, ABŞ Xəzinədarlığının sanksiyalarından daha çox neft çıxarılacaq. Bessent qeyd edib ki, mümkün nizamlanma enerji bazarlarına da təsirsiz ötüşməyəcək və məhdudiyyətlərin yumşaldılması gündəmə gələ bilər.

Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonun Moskva ilə əməkdaşlıq barədə danışmasının mövcud sanksiya siyasəti ilə uzlaşmadığını bildirib.

Chosen
36
teleqraf.com

1Sources