EN

“Milan” Ximenesə əvəzləyici tapıb

“Arsenal”ın hücumçusu Qabriel Xesus “Milan”ın maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumata görə, “rossoneri”lər yay transfer pəncərəsi ərəfəsində hücum xəttini gücləndirməyi planlaşdırır. Belə ki, komandanın forvardı Santyaqo Ximenesin klubdan ayrılmaq ehtimalı mövcuddur.

Mənbənin bildirdiyinə görə, braziliyalı futbolçu İtaliya klubunun transfer siyahısında əsas namizədlərdən biri hesab olunur. İtaliya klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Qabriel Xesus cari mövsümdə bütün turnirlər daxil olmaqla 16 oyunda meydana çıxıb. O, bu matçlarda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Arsenal”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, 27 yaşlı hücumçunun bazar dəyəri 20 milyon avro təşkil edir.

Chosen
21
90deqiqe.az

1Sources