Kanadada məktəbdə dəhşətli atışma: 9 ölü, 27 yaralı
İnterpress.az xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb.
Kanadada yerləşən məktəblərin birində qanlı hadisə baş verib. Məlumata görə, 18 yaşlı şəxs təhsil müəssisəsinə daxil olaraq silaha əl atıb və ətrafa atəş açıb. Silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib, 27 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumatlara görə, qətliamı törədən 18 yaşlı gənc transgenderdir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır, yaralılar xəstəxanalara yerləşdirilib. Hadisənin motivləri müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az