Bakı. Trend:
Seysmoloqlar Rusiyanın Kuril adaları yaxınlığında 5,1 və 5,3 balgücündə iki zəlzələ qeydə alıblar, təkanlar Cənubi Kuril adalarındahiss olunub.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin filialı tərəfindən bildirilib.
Məlumata əsasən, ilk zəlzələ saat 03:35-də Simuşir adasından 291km cənubda, 63 km dərinlikdə baş verib. Onun maqnitudası 5,1olub.
Bildirilib ki, Malokurilskoye kəndindən 55 km şimal-şərqdə, 66km dərinlikdə 5,3 bal gücündə ikinci zəlzələ qeydə alınıb.